"Fitch" neftin qiyməti ilə bağlı proqnozlarını endirdi

"Fitch" neftin qiyməti ilə bağlı proqnozlarını endirdi
22:27 8 Dekabr 2019
100 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi neftin qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  bu il üçün proqnozlaşdırılan qiymət Brent neftinin bir bareli üçün 65 dollardan 63,4 dollara, WTI markalı neftin bir bareli üçün isə 57,5 dollardan 56,83 dollara endirilib.

Agentliyin 2020-2021-ci illərdə neft qiymətləri üzrə proqnozları isə dəyişməyib. 2020-ci ildə Brent və WTI markalı neft üzrə qiymətlərin müvafiq olaraq 62,5 dollar və 57,5 dollar, 2021-ci ildə isə 60 dollar və 55 dollar olacağı proqnozlaşdırılır.

Agentliyin proqnozlarına əsasən, 2022-ci il və daha uzunmüddətli perspektivdə Brent neftinin bir bareli 57,5 dollar, WTI markalı neftin bir bareli isə 55 dollar olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/808598.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR