Sahibkar: “EuroHome”da 100-dən çox mağazaya ziyan dəyib”

Sahibkar: “EuroHome”da 100-dən çox mağazaya ziyan dəyib”
12:42 10 Dekabr 2019
93 Digər
Ölkə mətbuatı
A- A+

“EuroHome” tikinti materialları bazarında heç bir təhlükəsizlik siqnalı olmayıb”.
Bunu “Report”un hadisə yerində olan əməkdaşına adıçəkilən bazarda mağazası olan sahibkar Seymur Orucov deyib.
Sahibkarın sözlərinə görə, yanğın zamanı ona 150 minlik ziyan dəyib:
“Səhər saat 9-a işləmiş xəbər tutduq ki, kafel-metlax satılan dükanlardan biri yanır. Yanğın da məhz oradan başlayıb”.
O qeyd edib ki, yanğın nəticəsində 100-dən çox mağazaya ziyan dəyib:
“Bazarın yarısının, eləcə də özünün mağazasının sığortası olmayıb. Mağazamda 50-60 min manatlıq nisyə dəftərim də yandığına görə, kimdən nə qədər alacağımı bilmirəm”.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sahibkar-eurohome-da-100-den-cox-magazaya-ziyan-deyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR