Çempionlar Liqası: 1/8 finalın səbətləri dəqiqləşdi

Çempionlar Liqası: 1/8 finalın səbətləri dəqiqləşdi
07:27 12 Dekabr 2019
133 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatması dekabrın 16-da atılacaq.

Milli.Az apasport.az-a istinadən bildirir ki, qrup mərhələsini adlayan 16 komanda püşkdən öncə 2 səbətə bölünüb.

Qrup qalibləri səpələnmiş, ikinci yer sahibləri səpələnməmişlər sırasında yer alıblar. Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə səkkiz cüt dəqiqləşəcək. Bu mərhələdə eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxanlar qarşılaşa bilməyəcək.

Səpələnmişlər
"Barselona" (İspaniya)
"Bavariya" (Almaniya)
"Yuventus" (İtaliya)
"Leypsiq" (Almaniya)
"Liverpul" (İngiltərə)
"Mançester Siti" (İngiltərə)
PSJ (Fransa)
"Valensiya" (İspaniya)

Səpələnməmişlər
"Atalanta" (İtaliya)
"Atletiko" (İspaniya)
"Borussiya" D (Almaniya)
"Çelsi" (İngiltərə)
"Lion" (Fransa)
"Napoli" (İtaliya)
"Real" (İspaniya)
"Tottenhem" (İngiltərə)

Qeyd edək ki, 1/8 finalın ilk oyunları fevralın 18-19, 25-26-da, cavab matçları martın 10-11, 17-18-də keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/809796.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR