Adobe minlərlə istifadəçinin hesabını ləğv etdi

Adobe minlərlə istifadəçinin hesabını ləğv etdi
23:47 12 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Ölkələr arasındakı iqtisadi müharibələr İT sektoruna da yayılıb. Son dövrlərdə Adobe  İrandan hesab açan bir istifadəçinin hesabını bağlamışdı, bu dəfə Adobe, Venesuela istifadəçilərinin hesablarını ləğv edib.

Milli.Az techland.az-a istinadən bildirir ki, Huawei firması ilə olan problemləri üçün ARM, Google kimi şirkətlərin sanksiyalar icra etməsi üçün rəhbərlik Adobe ilə əlaqə yaradıb. Adobe, Trumpın tələbi ilə Venesueladakı istifadəçilərin hesablarını ləğv edib.

Şirkət ABŞ-ın fərmanı ilə bağlı yazılmış bir məktubu paylaşıb. 13884 saylı fərmana əsasən, ABŞ şirkətlərinin hamısının Venesueladakı hesabları ləğv olunub, şirkətin bu səbəbdən hesabları birtərəfli qaydada dayandırdığını açıqlayıb.

Paylaşılan qərarnamədə satış, xidmət, dəstək, geri qaytarılma, kreditlər və s. üçün heç bir bəndin olmadığını bildirən səlahiyyətli şəxslər, verilmiş fərmanda bu problemin nə vaxt həll ediləcəyi ilə bağlı hər hansı bir açıqlama verməkdən çəkiniblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/809313.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR