Çilidə prezidenti impiçment etmək üçün yol verilmədi

Çilidə prezidenti impiçment etmək üçün yol verilmədi
08:42 13 Dekabr 2019
92 Dünya
Ölkə mətbuatı
A- A+

Çili Parlamentinin Deputatlar Palatası (aşağı palatası) Çili Prezidenti Sebastian Pinyeraya qarşı ittihamların irəli sürülməsinə razılıq verməyib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə aşağı palatanın mətbuat xidməti bildirib.

İttihamların irəli sürülməməsinə 79 nəfər səs verib, 73 nəfər əleyhinə olub:

"Beləliklə, prezident Sebastian Pinyeraya qarşı heç bir konstitusiya ittihamı irəli sürülməyib".

Qeyd edək ki, parlament üzvləri Pinyeranın konstitusiyanın və hökumət əleyhinə etirazlar zamanı insan hüquqlarının sistematik pozulmasına görə məsuliyyət daşıdığını hesab ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/810040.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR