Nepalda ölümlə nəticələnən avtobus qəzası baş verib.

Metbuat.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Sindxupalçok ərazisində sərnişin avtobusu yüksək dağlıq ərazidə hərəkətdə olarkən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi 500 metr yüksəklikdən dərəyə aşıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 16 nəfər isə yaralanıb.

Qəza anında özünü avtobusdan atmağı bacaran sürücü hadisə yerindən qaçıb. Hazırda ərazidə xilasetmə işləri aparılır.