Sarkisyanın qardaşı oğlu ekstradisiya edildi - VİDEO

Sarkisyanın qardaşı oğlu ekstradisiya edildi - VİDEO
13:05 21 Dekabr 2019
71 Dünya
Ölkə mətbuatı
A- A+

Çexiya eks-prezident Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanı Ermənistana ekstradisiya edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ermənistan polisi onun Yerevan hava limanından necə çıxarıldığını əks etdirən video yayıb.

Qeyd edək ki, N. Sarkisyan silah-sursat, partlayıcı maddə və narkotik vasitələri saxlamaqda şübhəli bilinərək axtarışa verilib. İnterpol 2018-ci ilin dekabrında onu Franklin Qonsales pasportu ilə gizləndiyi Praqada tapıb.

Bu il dekabrın əvvəlində Çexiyanın hüquq-mühafizə orqanları Ermənistan Baş Prokurorluğunun axtarışda olan Narek Sarkisyanın cinayət təqibi məqsədi ilə Ermənistan polisinə təhvil verilməsi barədə tələbini təmin etmək qərarına gəlib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/812260.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR