Biləsuvarlı qadınlar 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər

Biləsuvarlı qadınlar 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər
02:37 17 Yanvar 2015
103 Digər
Ölkə mətbuatı
A- A+

[ 17 Yanvar 2015 02:29 ]

Biləsuvar. Ağəddin Babayev – APA. Yanvarın 16-da Biləsuvar rayonunun bir qrup fəal qadını 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirib.

APA-nın cənub bürosunun məlumatına görə, tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının və torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş biləsuvarlı igidlərin xatirəsi şərəfinə ucaldılmış abidə kompleksini ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüblər.

 

Anım mərasimi daha sonra YAP Biləsuvar rayon təşkilatının akt zalında davam etdirilib. Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini X. Qəmbərova,  Rayon Qadınlar şürasının sədri X.Ağayeva, YAP Biləsuvar rayon təşkilatı Qadınlar şurasının sədri L.Yüzbaşova, Əlil Qadınlar cəmiyyətinin sədri F.Mahmudova çıxış edərək 20 Yanvar faciəsinə münasibətlərini bildiriblər.

 

Qeyd olunub ki, həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığı, şərəf və ləyaqətini hər şeydən uca tutan 130 nəfərdən yuxarı mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Onların sırasında Biləsuvar rayonundan Baba Xammədov və Əlimərdan Hüseynov da olub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369425

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR