Yüngül çəki dərəcəsində UFC çempionu, rusiyalı döyüşçü Həbib Nurməhəmmədov irlandiyalı döyüşçü Konor Makqreqorla revanş keçirilməsi ehtimalını qiymətləndirib.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, o, açıqlamasında revanşdan imtina etdiyini bildirib.

"Əvvəlcə o gərək 10 dəfə ard-arda qələbə qazansın", - deyə Nurməhəmmədov qeyd edib.

Xatırladaq ki, Həbib Nurməhəmmədov Las-Veqasda keçirilən döyüşdə irlandiyalı döyüşçü Konor Makqreqor üzərində qələbə qazanaraq çempion kəmərini özündə saxlayıb.