KİV: Azərbaycan millisinin futbolçusu Vyetnam klubuna keçib

KİV: Azərbaycan millisinin futbolçusu Vyetnam klubuna keçib
10:37 26 Dekabr 2019
65 Digər
Ölkə mətbuatı
A- A+

Almaniyanın “Proyssen” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov karyerasını Vyetnamda davam etdirəcək.
“Report” “Tin Tuc Vietnam” portalına istinadən verdiyi məlumata görə, Vyetnamın yüksək dəstəsində yer alan “Nam Din” komandasına keçib. Bildirilir ki, sözügedən klub qış fasiləsində legioner oyunçulardan Rafealson və Davinniaonu heyətdə saxlayıb.
Azərbaycan millisinin 28 yaşlı hücumçusu ilə braziliyalı Qabriel Do Karmo komandaya cəlb olunduğu halda, slovakiyalı Lyubomir Ulrix isə baxışa dəvət olunub.
“Nam Din” ölkə çempionatında 26 turdan sonra 31 xalla 11-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Dadaşovun ötən ilin iyununda transfer olunduğu “Proyssen”lə 30 iyun 2020-ci ilə qədər müqaviləsi vardı.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/ki-v-azerbaycan-millisinin-futbolcusu-vyetnam-klubuna-kecib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR