Bakıda 2 məktəbin sökülərək yenidən tikintisinə başlanılıb

Bakıda 2 məktəbin sökülərək yenidən tikintisinə başlanılıb
16:27 30 Dekabr 2019
31 Digər
Ölkə mətbuatı
A- A+

Bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 6 məktəbdə əsaslı təmir işləri aparılıb. 
İdarədən "Report"a verilən məlumata görə, mövcud olan 1 məktəbin binası yenilənib, 1 məktəb üçün digər ərazidə yeni bina inşa olunub, ehtiyac olan ərazidə 1 yeni məktəbin inşası başa çatıb və 2 məktəbin köhnə korpusları sökülərək yenidən tikilib.
Eləcə də, 224 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri aparılıb.
2 məktəbin sökülərək yenidən tikintisinə, 2 məktəbin isə korpuslarının sökülərək tikintisinə başlanılıb.
Hazırda ehtiyac olan ərazidə 1 yeni məktəbin və 1 məktəb üçün əlavə korpusun tikintisi davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/bakida-2-mektebin-sokulerek-yeniden-tikintisine-baslanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR