Ağstafada ağır qəza, 10-dan çox şəxs xəsarət alıb

Ağstafada ağır qəza, 10-dan çox şəxs xəsarət alıb
22:12 31 Dekabr 2019
68 Digər
Ölkə mətbuatı
A- A+

Ağstafa rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, Bakı-Qazax avtomobil yolunun Ağstafa şəhərindən keçən hissəsində hərəkətdə olan avtomobili idarəetmədən çıxaraq yol kənarında dayanmış 4 avtomobilə çırpılıb.
Qəza nəticəsində 10-dan çox şəxs xəsarət alıb. Onlardan 6 nəfəri - Gültac Quliyeva (1992), Zeynab Quliyeva (2007), Samir Quliyev (1986), Təfəkkür Abdullayev (1982), Covdar İsayev (1998) və Gülşad Abdullayeva (1985) xəstəxanaya yerləşdirilib.
İçərisində uşaqların da olduğu daha bir neçə nəfər isə yüngül xəsarətdən və həyəcandan özünü pis hiss etdikləri üçün onlara ambulator yardım göstərilib.
Qeyd edək ki, hadisə şəhər ərazisində keçirilən bayram şənliyinə gedən vətəndaşların avtomobillərinin saxladığı yerdə olub.
Faktla bağlı araşdırma aparılır.

20:46***
Ağstafa rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, qəza rayonun Saloğlu qəsəbə ərazisində qeydə alınıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. 
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agstafada-agir-qeza-10-dan-cox-sexs-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR