Premyer Liqada son 10 ilin ən yaxşı baş məşqçiləri

Premyer Liqada son 10 ilin ən yaxşı baş məşqçiləri
08:52 1 Yanvar 2020
79 İdman
Ölkə mətbuatı
A- A+

"Sky Sports" nəşri son 10 ildə İngiltərə Premyer Liqasında çalışmış baş məşqçilərin reytinqini açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, siyahıya "Arsenal"ın sabiq çalışdırıcısı Arsen Venger başçılıq edir. 608 xalı olan fransız mütəxəssis 2010-2018-ci illər aralığında "topçular"la 179 qələbə qazanıb, 71 dəfə də məğlub olub. Reytinq cədvəlində 2-ci "Tottenhem"in sabiq baş məşqçisi Maurisio Poçettinodur. 3-cü isə hazırda Tottenham-i çalışdıran Joze Mourinyodur.

TOP-5

1. Arsen Venger (əvvəl "Arsenal", hazırda FİFA-da çalışır) - 608 xal

2. Maurisio Poçettino (əvvəl "Sauthempton", "Tottenhem", hazırda işsizdir) - 457

3. Joze Mourinyo (əvvəl "Çelsi", "Mançester Yunayted", hazırda "Tottenhem") - 376

4. Yurgen Klopp ("Liverpul") - 351

5. Devid Moyes (hazırda "Vest Hem", əvvəl "Everton", "Mançester Yunayted", "Sanderlend") - 326

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/814873.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR