Ermənistanda 38 yaşlı hərbçi güllələnib

Ermənistanda 38 yaşlı hərbçi güllələnib
16:02 1 Yanvar 2020
81 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanın Müdafiə Nazirliyinin hərbçisi güllələnib.
Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.
Məlumata görə, hadisə Qeqarkunik vilayətində baş verib. Tavuş vilayətinin, Aşağı Karmiraqbyur kəndinin 38 yaşlı sakini Kartuş Ohanyan "Mercedes" markalı avtomobildə Berd rayonunun 38 yaşlı sakini Narek Məlikyan tərəfindən "İJ" markalı tüfəngdən açılan atəş nəticəsində güllə xəsarəti alıb. Yaralı tibb mərkəzinə çatdırılıb və ona yardım göstərilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Məlumata görə, Kartuş Ohanyan Ermənistan Müdаfiə Nаzirliyində müqavilə ilə hərbi xidmət keçir.  

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistanda-herbci-gullelenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR