Şimali Koreya liderindən gözlənilməz addım

Şimali Koreya liderindən gözlənilməz addım
08:48 2 Yanvar 2020
79 Dünya
Ölkə mətbuatı
A- A+

Şimali Koreya lideri Kim Çen In 2013-cü ildən bəri ilk dəfə olaraq yeni il nitqi ilə çıxış etməyib.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, buna qədər Kim Çen In yeni ilin ilk günündə xalqı təbrik edər, ölkənin gələcək siyasi prioritetlərini açıqlayardı. Lakin bu il dövlət televiziyası və qəzeti ölkə liderinin təbriki ilə bağlı heçnə yayımlamayıb.

Əvəzində isə Kim Çen Inın İşçi Partiyası Mərkəzi Komitəsinin plenar iclasındakı çıxışı ətraflı şəkildə dərc olunub. Ölkə lideri burdakı çıxışında tezliklə yeni strateji silahlar təqdim edəcəyini açıqlayıb.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/300812.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR