DİN Bakı sakininin döyülərək öldürülməsi barədə məlumat yayıb

DİN Bakı sakininin döyülərək öldürülməsi barədə məlumat yayıb
12:22 2 Yanvar 2020
54 Digər
Ölkə mətbuatı
A- A+

Nərimanov rayonu ərazisində Bakı şəhər sakinini döyərək ölməsinə səbəb olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, yanvarın 1-də Nərimanov rayonu ərazisində yerləşən tibb mərkəzlərinin birində gözətçi işləyən Muraz Nəbiyevin infarktdan ölməsi barədə “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun infarktdan deyil, həmin gün paytaxt sakini H.Rəhimli tərəfindən döyülməsi və aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.
Görülmüş tədbirlərlə H.Rəhimli tutulub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/di-n-baki-sakininin-doyulerek-oldurulmesi-barede-melumat-yayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR