Amerikalı aktrisa Molli Fiçdjerald anasını öldürməkdə şübhəli bilinir.
Publika.az xəbər verir ki, "İlk intiqamçı" filmindəki obrazı ilə tanınan Fiçdjeraldın həbsi barədə Kanzas ştatının Oleyte şəhər polis idarəsi məlumat yayıb.
Xəbərə əsasən, 68 yaşlı Patrisiya Fiçdjerald dekabrın 20-də aldığı bıçaq zərbələrindən ölüb.
Molli Fiçdjerald əsasən 2011-ci ildə ekranlara çıxan "İlk intiqamçı" filmindəki obrazı ilə məşhurdur.