DÇ-2018-in bombardiri sıradan çıxıb

DÇ-2018-in bombardiri sıradan çıxıb
22:32 3 Yanvar 2020
66 Digər
Ölkə mətbuatı
A- A+

İngiltərə milli komandasının və "Tottenhem" klubunun futbolçusu Harri Keyn sıradan çıxıb.
"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 26 yaşlı hücumçunun sol baldırının arxa sahəsində əzələləri qırılıb. Onun bərpa müddəti hələ müəyyənləşdirilməyib.
Keyn Premyer Liqada XXI turun 1 yanvarda keçirilmiş "Sautgempton"la səfər matçında xəsarət alıb. Meydan sahiblərinin 1:0 hesablı qələbə qazandıqları qarşılaşmada o, meydanı 75-ci dəqiqədə tərk etməli olub.
Bu mövsüm Keyn Premyer Liqada 11 qol və 2 məhsuldar ötürmə müəllifi olub. O, daha 6 qolu Çempionlar Liqası qarşılaşmalarında aktivinə yazıb. Hazırda çempionatda 30 xalla 6-cı yerdə gedən "Tottenhem" Avropanın ən nüfuzlu klub turnirində 1/8 finala yüksələrək, Almaniya "Leyptsiq"inə rəqib olub.
Qeyd edək ki, Harri Keyn 2018-ci il dünya çempionatında 6 qolla bombardir olub.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/dc-2018-in-bombardiri-siradan-cixib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR