Bakıda spirtli içkidən ölüm faktına görə mağaza sahibi tutulub -

Daxili İşlər Nazirliyi (DİN) Bakıda daha bir nəfərin spirtli içkidən ölməsi faktı ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, yanvarın 2-də Bakı şəhər sakini Yusif Hüseynov dərmandan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilmiş və orada ölüb.

Araşdırmalarla onun spirtli içkidən ölməsi müəyyən edilib.

Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində spirtli içkini satan, Q.Qarayev prospektində yerləşən bazardakı topdan satış mağazasının sahibi, Bakı şəhər sakini S.Seyidov saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR