Merkel Trampla İran və İraq ətrafındakı vəziyyəti müzakirə edib

Merkel Trampla İran və İraq ətrafındakı vəziyyəti müzakirə edib
10:37 8 Yanvar 2020
61 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniya kansleri Angela Merkel və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert bildirib.

"Kansler Angela Merkel və ABŞ Prezidenti Donald Tramp İran və İraq ətrafında gərgin vəziyyəti müzakirə ediblər. Onlar, həmçinin Liviyadakı hazırkı vəziyyət və bu ölkədə münaqişənin həlli üzrə siyasi səylər barədə danışıblar", - Ş.Zaybert qeyd edib.

Bildirilir ki, tərəflər gələcəkdə əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/816089.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR