SON DƏQİQƏ: İranda qəzaya uğrayan təyyarənin “qara qutu”su tapıldı - ƏSL SƏBƏB...

SON DƏQİQƏ: İranda qəzaya uğrayan təyyarənin “qara qutu”su tapıldı - ƏSL SƏBƏB...
12:18 8 Yanvar 2020
39 Digər
Ölkə mətbuatı
A- A+

İranda qəzaya uğrayan Ukrayna hava yollarına məxsus “Boeing 737” tipli təyyarə raketlə vurulmayıb.

Publika.az IRNA-ya istinadən xəbər verir ki, qəzaya səbəb təyyarənin motorunun alovlanması olub.

İranın Yol və Şəhərsalma Nazirliyinin rabitə və informasiya mərkəzinin direktoru Qasim Biniyaz bildirib ki, təyyarə raketlə vurulsaydı, havada partlayardı: “Hadisə motorun alovlanması və pilotun nəzarəti ələ keçirməsində uğursuzluq nəticəsində baş verib”.

İran Təcili Yardım Qurumunun sədri Pir Hüseyn Kulivənd təyyarədəki sərnişinlərdən 147-nin İran vətəndaşı, digərlərinin isə xarici ölkə vətəndaşları olduğunu söyləyib.

Tehran Böhran İdarəetmə meneceri Mənsur Dərəcati təyyarənin qara qutusunun tapıldığını və hüquq-mühafizə orqanlarına təhvil verildiyini açıqlayıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/301301.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR