"Çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi" - Əli Əsədov

"Çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi" - Əli Əsədov
20:08 8 Yanvar 2020
51 Digər
Ölkə mətbuatı
A- A+

Baş Nazir Əli Əsədov Ukraynanın baş naziri Oleksiy Qonçaruka başsağlığı məktubu göndərib.

Nazirlər Kabinetindən Publika.az-a verilən məlumata görə, məktubda deyilir:

“Tehran yaxınlığında Ukrayna Beynəlxlaq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.

Ə.Əsədov İran Prezidentinin birinci müavini İshaq Cahangiriyə də başsağlığı məktubu göndərib.

Məktubda deyilir: “Tehran yaxınlığında Ukrayna Beynəlxlaq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/301355.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR