Zobu qolaltından girməklə əməliyyat etdilər - Cərrahiyyədə İLK

Zobu qolaltından girməklə əməliyyat etdilər - Cərrahiyyədə İLK
23:32 8 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Cərrahlar qalxanvari vəzidə yeni metodla və kəsiklə əməliyyat aparmağa başladılar.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Kuban şəhər 1 saylı xəstəxanasının cərrahları unikal metodu həyata keçiriblər.

Onlar çoxnazik endoskopla kiçik kəsikdən qolaltı çökəkdən daxil olaraq qalxanvari vəzə çatıb, orda əməliyyat icra ediblər.

Məlumdur ki, xəstələri bu əməliyyatdan sonra boğazda görünən kəsik, tikiş izi narahat edirdi.

Belə bir metodla boğazda heç bir iz qalmayacaq.

Bu endoskopların tətbiqi əməliyyatsonrası mərhələ də 2-3 dəfə azalıb. Belə ki, xəstələr 3 gün sonra evə yazılır.

Əməliyyat müddəti 1,5 saat çəkir. Bu metodla zob, düyün, bəd və xosxassəli şişlər, adenomalar çıxarıla bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/816060.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR