“PlayStation 5” oyun konsolunun əsas texniki xüsusiyyətləri məlum olub

“PlayStation 5” oyun konsolunun əsas texniki xüsusiyyətləri məlum olub
08:52 9 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

"Sony" korporasiyasının oyun bölməsinin prezidenti Cim Rayan Las-Veqasda keçirilən "CES-2020" sərgisində təqdimat zamanı "PlayStation 5" oyun konsolunun əsas texniki xüsusiyyətlərini açıqlayıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yeni nəsil oyun konsolu 3D səs üçün çip, yüksəksürətli SSD disk, şüaların istiqamətinin göstərilməsi dəstəyi və "Ultra HD Blu-Ray" disk qurğusu ilə təchiz ediləcək.

Həmçinin şirkət gələcək oyun konsolunun rəsmi loqosunu təqdim edib. Sözügedən oyun konsolu 2020-ci ilin sonunda satışa çıxarılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/816237.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR