Putin-Ərdoğan razılaşması sonrası Rusiyanın muzdlu döyüşçüləri... - General hər şeyi açdı

Putin-Ərdoğan razılaşması sonrası Rusiyanın muzdlu döyüşçüləri... - General hər şeyi açdı
15:28 11 Yanvar 2020
58 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın muzdlu “Vaqner” döyüşçüləri Liviyadakı bəzi cəbhələrdən geri çəkilir.

Publika.az xəbər verir ki, bunu Liviyanın qanuni təmsilçisi Milli Barışıq Hökumətinin Dəstə Qüvvələri komandanı Nəsir Əmmar deyib.

Komandan bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra “Vaqner”lər inqilabçı general Xəlifə Haftarın cəbhəsindən geri çəkilməyə başlayıb və Cufra hərbi bazasından helikopterlərlə gediblər. Qalanları isə sadəcə geri çəkilmə xəttini qoruyur.

Əmmar qeyd edib ki, Haftar ordusunun adı Liviya Milli Ordusu olsa da, onun tərkibində Cancavid milisləri, “Vaqner”lər, həmçinin, Sudan, Misir, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdən gələn əsgərlər var.

Xatırladaq ki, Ərdoğanla Putin son olaraq 8 yanvarda “Türk axını” təbii qaz boru xəttinin açılışında bir araya gəlib.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/301621.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR