Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyin Ərdoğan və Almaniyanın Kansleri Angela Merkel arasında telefon danışığı olub.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, tərəflər telefon danışığı zamanı Liviyadkı hadisələri müzakirə ediblər.

T.Ərdoğan və A.Merkel həmçinin regionun gündəmdəki məsələləri üzrə fikir mübadiləri aparıblar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin