Təyyarənin vurulması Həsən Ruhanidən niyə gizli saxlanılıb?

Ukraynaya məxsus sərnişin təyyarəsinin vurulması İran hökumətindən və prezident Həsən Ruhanidən bir müddət gizli saxlanılıb.

Metbuat.az Anadolu agentliyinə istinadən xəbər veriri ki, bu barədə İranın hökumət sözçüsü Ali Rəbii açıqlama verib. O bildirib:

“Biz yalan danışmaqda və hadisənin səbəblərini gizlətməkdə ittiham edildik. Lakin reallıq belə deyildi. Biz yalan danışmadıq. Məsələ ilə bağlı bizə məlumat verilməmişdi. Prezident Ruhani də daxil olmaqla hökumət nümayəndələrinə təyyarənin müdafiə sistemləri tərəfindən bilməyərəkdən vurulduğuna dair sonradan məlumat verildi. Ruhani məsələdən xəbər tutan kimi təhlükəsizlik şurasını iclasa çağırdı”.

Anar / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR