Aygün Kazımova SSRİ-nin tarixinə düşüb - FOTO

Aygün Kazımova SSRİ-nin tarixinə düşüb - FOTO
10:37 14 Yanvar 2020
96 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanın xalq artisti Aygün Kazımova tarixə düşüb.

Milli.Az oxu24.com-a istinadən xəbər verir ki, xalq artistinin 1989-cu ildə ifa etdiyi "Bu sevgi" mahnısı SSRİ-nin plastinka istehsal edən "Melodiya" şirkətinin arxivinə düşüb. Belə ki, nüfuzlu "Melodiya" firması mahnını 1991-ci ildə buraxdığı plastinkaya daxil edib. Bununla da Aygün Kazımova Azərbaycan musiqi tarixində "Melodiya" şirkətinin buraxdığı plastinkaya ifası salınan ən gənc ifaçı kimi tarixə düşüb.

Xatırladaq ki, şirkətin buraxdığı plastinkaya hər ifaçının mahnısı daxil edilmir. "Melodiya" firması SSRİ-nin plastinka istehsal edən yeganə böyük ciddi şirkəti olub. Qeyd olunan plastinkada Aygün  Kazımovanın "Bu sevgi" və "Uzaqlıq" mahnıları yer alıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/817659.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR