Paytaxta qoşun yeridilir

Paytaxta qoşun yeridilir
17:18 14 Yanvar 2020
49 Digər
Ölkə mətbuatı
A- A+

Liviya Milli Ordusunun rəhbəri, inqilabçı general Xəlifə Haftar qüvvələrini paytaxt Tripolinin cənubunda toplayır.

Publika.az xəbər verir ki, bu barədə Liviya Milli Barışıq Hərəkatına yaxın mənbələr məlumat yayıb.

Hərbi qaynaqlar bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri zirehli avtomobil və topların Haftarın əsas qərargahı olan Tərhunəyə çatıb.

Qeyd edək ki, Moskvada Türkiyə və Rusiyanın diplomatik vasitəçiliyi ilə atəşkəs rejiminin təmin edilməsi üçün mətn hazırlanmışdı. Rusiya Xarici İşlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Liviya Milli Barışıq Hərəkatının Baş naziri Faiz əs-Sərrac mətni imzalamışdı. Lakin Haftar imza atmadan Rusiyanın hüdudlarını tərk etmişdi.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/301902.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR