General atəşkəs sənədinə münasibət bildirmək üçün 2 gün vaxt istədi

General atəşkəs sənədinə münasibət bildirmək üçün 2 gün vaxt istədi
19:28 14 Yanvar 2020
54 Dünya
Ölkə mətbuatı
A- A+

Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftar Moskvada əldə olunan atəşkəs razılaşmasına rəsmi münasibət bildirmək üçün daha iki gün vaxt istəyib.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindən açıqlama verilib. Bildirilib ki, general atəşkəsin imzalanmasına müsbət yanaşsa da, düşünmək üçün əlavə iki gün vaxt istəyib.

Xatırladaq ki, ötən gün Moskvada Liviya münaqişəsinin həlli istiqamətində görüşlər keçirilib. Tərəflər ön şərt olmadan müddətsiz atəşkəs üçün razılığa gəlib. BMT-nin tanıdığı Milli Birlik hökuməti atəşkəs sənədinə imza atıb. Xəlifə Haftar düşünmək üçün bir neçə saat vaxt istəsə də, gözlənilmədən Moskvanı tərk edib.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/301909.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR