"Atasığorta"ın səhmdarlarının yığıncağı keçiriləcək

"Atasığorta"ın səhmdarlarının yığıncağı keçiriləcək
12:02 15 Yanvar 2020
44 Digər
Ölkə mətbuatı
A- A+

Fevralın 17-də, saat 15:00-da "Atasığorta" ASC-in səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 9 ünvanında olacaq.
Yığıncağın gündəliyinə şirkətin 2019-cu ildəki fəaliyyətinin qiymətləndirilməsi üçün müstəqil auditorun təyin edilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,6 milyon manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/atasigorta-in-sehmdarlarinin-yigincagi-kecirilecek15012020

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR