Türkiyənin elektrik mühərrikli avtomobilini dünya tanıyacaq - FOTO

Türkiyənin elektrik mühərrikli avtomobilini dünya tanıyacaq - FOTO
14:43 16 Yanvar 2020
60 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin dizaynı və texniki xüsusiyyətləri ilə böyük rəğbət qazanan C seqmentinə aid elektrik mühərrikli SUV (Sport Utility Vehicle – İdman avtomobili) modeli ilk dəfə İspaniyanın Barselona şəhərində keçiriləcək MWC sərgisində tanıdılacaq.

Publika.az xəbər verir ki, yerli modelin təqdimatını Avtomobil Müəssisəsi Qrupunun (TOGG) baş icraçı direktoru Gürcan Karakaş reallaşdıracaq.



Texnologiya sərgisi 24-27 fevral tarixlərində baş tutacaq.



Qeyd edək ki, Türkiyənin ilk mühərrikli yerli avtomobilinin istehsal ediləcəyi zavodun inşası 2020-ci ildə başa çatacaq. Onun ilk seriyasının istehsalının isə 2022-ci ildə yekunlaşdırılması hədəflənib.

Məhərrəm Əliyev


Xəbərin orijinal ünvanı: https://publika.az/news/maraqliavto/302071.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR