Böyük gərginlik: Suriyada rusiyalı hərbçilərlə PKK terrorçuları üz-üzə gəldi

Böyük gərginlik: Suriyada rusiyalı hərbçilərlə PKK terrorçuları üz-üzə gəldi
09:23 17 Yanvar 2020
50 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya ordusu Suriyada ABŞ bazalarının yerləşdiyi ərazilərdəki neft yataqlarını ələ keçirmək niyyətindədir.

Publika.az xəbər verir ki, rusiyalı əsgərlər bölgəni ələ keçirmək üçün hərəkətə keçsə də, Vaşinqtonun dəstəklədiyi PKK-YPG terrorçuları buna mane olub. Silahlılar rusiyalı hərbçilərin qarşısını alaraq, onların bölgəyə daxil olmasına imkan verməyiblər. Tərəflər arasında gərginlik yaşanıb. İddialara görə, rusiyalı hərbçilər amerikalıların olduğu Haseke bölgəsində baza qurmaq istəyiblər.

Qeyd edək ki, Suriyanın neft ilə zəngin Haseke, Rakka və Deyr əz Zövr bölgələri ABŞ hərbçilərinin dəstək verdiyi PKK-YPG terrorçularının nəzarətindədir.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/302151.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR