Haftardan Putinə ŞOK MƏKTUB

Haftardan Putinə ŞOK MƏKTUB
18:38 17 Yanvar 2020
58 Digər
Ölkə mətbuatı
A- A+

Liviyada inqilabçı general Xəlifə Haftar sülh müzakirələrini davam etdirmək üçün Rusiyaya səfər etmək istəyir.

Publika.az xəbər verir ki, bu barədə Kreml informasiya yayıb.

Bildirilib ki, Haftar Rusiya Prezidenti Vladimir Putinə məktub göndərib.

Məktubda “Liviyada sülhün təmin edilməsinə görə Moskvada aparılan danışıqlar üçün təşəkkür edirik. Bunu tamamilə dəstəkləyirik. Başlayan müzakirə prosesinə davam etmək üçün Rusiyaya gəlməyə hazırıq” sözləri yer alıb.

Qeyd edək ki, Haftar həftənin əvvəlində Rusiyanın rəhbərliyi ilə Moskvada aparılan atəşkəs görüşlərindən sonra təqdim edilən razılaşmanı imzalamadan Rusiyanı tərk etmişdi.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/302226.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR