Pompeo Almaniyada dörd ölkənin rəsmiləri ilə görüşəcək

Pompeo Almaniyada dörd ölkənin rəsmiləri ilə görüşəcək
10:47 19 Yanvar 2020
51 Digər
Ölkə mətbuatı
A- A+

Liviya üzrə beynəlxalq konfransda iştirak etmək üçün Almaniyaya səfər edən ABŞ dövlət katibi Mayk Pompeo konfrans çərçivəsində Aİ, Misir, Türkiyə, Almaniya və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəsmiləri ilə görüşəcək.
“Report” xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.
Qeyd olunub ki, Pompeo öncə Misir prezidenti Əbdülfəttah əs-Sisi və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel ilə görüşəcək.
Bundan başqa amerikalı diplomatın Türkiyə, Almaniya və BƏƏ xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Heiko Maas, Abdulla ibn Zayd ilə görüşün keçirilməsi də nəzərdə tutulub. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/pompeo-almaniyada-dord-olkenin-resmileri-ile-gorusecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR