Daha 5 terrorçu təslim olub

PKK/YPG terror təşkilatlarının düşərgəsindən qaçan daha 5 terrorçu təslim olub.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, terrorçular Şırnak vilayətinin Silopi qəsəbəsindəki Habur sərhəd-keçid məntəqəsində təhlükəsizlik qüvvələrinə təslim olub.

Qeyd edək ki, bununla da ilin əvvəlindən bu günə qədər yalnız inandırma yolu ilə təslim olan terrorçu sayı 13-ə çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR