Çində zəlzələ olub, xəsarət alanlar var

Çində zəlzələ olub, xəsarət alanlar var
23:07 19 Yanvar 2020
58 Digər
Ölkə mətbuatı
A- A+

Çinin şimal-qərbindəki Sinszyan-Uyğur muxtar vilayətində baş verən 6,4 maqnitudalı zəlzələ nəticəsində azı 3 nəfər xəsarət alıb.
“Report”un məlumatına görə, bu barədə yerli hakimiyyətə istinadən “Sinxua” agentliyi xəbər verib.
Çinin Seysmoloji Mərkəzinin məlumatına görə, yerli vaxtla saat 21:27-də Kaşqar dairəsində zəlzələ baş verib. Zəlzələnin episentri 16 kilometr dərinlikdə yerləşib.
Zəlzələdən sonra seysmoloqlar səkkiz yeraltı təkan qeydə alıblar. Zəlzələ zamanı əsasən episentrin olduğu ərazidə yaşayan insanlar zərər çəkiblər. Həkimlər zərərçəkənlərə, o cümlədən 2 uşağa tibbi yardım göstərib. Yaralılardan biri ağır vəziyyətdədir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cinde-zelzele-olub-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR