Konqonun şərqində 12 silahlı məhv edilib

Konqonun şərqində 12 silahlı məhv edilib
01:29 21 Yanvar 2020
164 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Konqo Demokratik Respublikasının şərqində hərbçilər və "May-May" qruplaşmasının silahlıları arasında toqquşmalar baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, silahlı toqquşmalar zamanı qruplaşmanın 12 üzvü hərbçilər tərəfindən məhv edilib.

Bildirilir ki, silahlılar İturi əyalətinin Coqo və Linda yaşayış məntəqələrinə hücum ediblər, lakin orada olan ordu bölmələri hücumların qarşısı alıblar.

Qeyd edilir ki, hərbçilər qruplaşmanın üzvlərinin silah-sursatlarını da ələ keçiriblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3179756.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR