"Roza, niyə əməliyyatını boynuna almırsan?" - Mətanət sirləri açdı

"Roza, niyə əməliyyatını boynuna almırsan?" - Mətanət sirləri açdı
13:37 22 Yanvar 2020
130 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Mətanət İsgəndərli plastik əməliyyat etdirən həmkarlarının sirlərini açıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni "ATV maqazin onlarla"da əməliyyatını gizlədənləri tənqid edib:

"Könül Kərimova gizlətmir, deyir, çox əməliyyat etdirib. İstəyərəm gedim soruşum, əməliyyat edənlər açıq desinlər. Mən də gedim orada etdirim. Amma bizimkilər gizlədirlər. Bunu niyə gizlədirsiniz? Onsuz qohumlarınız biləcək, ətrafda deyəcək. Aygün Kazımova hər zaman əməliyyatlarını açıq deyib".

Mətanət daha sonra müğənni Roza Zərgərliyə suallar yağdırıb. O, ifaçının plastik əməliyyatını gizlətdiyini iddia edib:

"Roza, sən əməliyyat etdirməmisən? Səni əməliyyatdan əvvəl də, sonra da görmüşəm. Niyə boynuna almırsan, gizlədirsən?"

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/819819.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR