Bakıda aptekdə işləyən kişi ilə qadın tutuldu – BU SƏBƏBDƏN

Bakıda aptekdə işləyən kişi ilə qadın tutuldu – BU SƏBƏBDƏN
15:13 22 Yanvar 2020
81 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda narkotik tərkibli həbləri satan aptek işçiləri tutulub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisindəki apteklərin birində, əczaçı işləyən Abşeron rayon sakini M.Salmanov və Bakı şəhər sakini V.Məmmədova 9 ədəd “Tramadol” və 5 ədəd “Prebagalin” həblərini satarkən saxlanılıblar.

Aptekə baxış zamanı satışına məhdudiyyət qoyulmuş 2380 ədəd “Tramadol”, 667 ədəd “Pregabalin”, 659 ədəd “T-doll”, 246 ədəd “Contramal”, 10 ədəd “Tamol XX”, 58 ədəd “Royal”, 70 ədəd “Lyrica” və 126 ədəd “Regapen” aşkar edilərərk götürülüb.

Araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/302624.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR