“Məni istəməyənlər olur” - Aysel Əlizadə

“Məni istəməyənlər olur” - Aysel Əlizadə
13:42 26 Yanvar 2020
208 Şou
Ölkə mətbuatı
A- A+

Əskim tüstülüdür. Belə məsəl var. Deyirlər "hoo var insanı dağa qaldırır, hoo var dağdan endirir". Mən tam fərqli düşüncə ilə yazıram, başqa mövqe ilə təqdim olunur. Bəzən bunların içində daha çox məni istəməyənlər olur. Mənim heç kimlə heç bir düşmənçiliyim yoxdur.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri "Mtv Azərbaycan"a müsahibəsində müğənni Aysel Əlizadə deyib.

O, sosial şəbəkədə yayımladığı yazıların, müsahibələrinin onu istəməyənlər tərəfindən fərqli yerlərə yozulduğunu bildirib:

Məndə bir şey var ki, sözun yeri gəlir deyirəm. Sonra da onu birmənalı şəkildə qarşılamırlar. Əslində mən orada özümü nə təmizə çıxarmağa, nə də özümü ağıllı göstərməyə çalışıram. Sadəcə olaraq mən çəkiliş zamanı oturub suallara hazırlaşmıram və ya sualları öncədən oxumuram. İnsanlar da qınamağa başlayır. Bu da artıq haqq məsələsidir. O insan stress, əsəb keçirəcək düşünmürlər. Mənim haqqım o insanların üzərində qalır".

Müğənni həyatında az sayda dostlarının olduğunu da vurğulayıb:

"Bir dənə dostun varsa, böyük bir şeydir. Mənim ürəyimdə keçirdiyim hissləri paylaşa biləcəyim anam və başqa bir xanım dostum var".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/820889.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR