Bolton Tramp-Ərdoğan münasibətlərini ifşa etdi - ŞOK

Bolton Tramp-Ərdoğan münasibətlərini ifşa etdi - ŞOK
12:44 28 Yanvar 2020
62 Digər
Ölkə mətbuatı
A- A+

Ağ evin Milli Təhlükəsizlik üzrə sabiq müşaviri Con Boltonun mart ayında işıq üzü görəcək “Hadisənin baş verdiyi otaq” (The Room Where It Happened) adlı kitabından daha bir paraqraf yayımlanıb.

Publika.az xəbər verir ki, “Nyu York Tayms”ın (NYT) dərc etdiyi bölmədə Bolton Prezident Donald Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Çin lideri Si Cinpin ilə xüsusi münasibətlərindən bəhs edib.

Trampın bu liderlərlə görüşü və biixtiyar onlara iltifatlar ünvanlaması Con Boltonu narahat edib. O, bu narahatlığını Ədliyyə naziri Uilyam Barr ilə dialoqunda dilə gətirib.

Bolton kitabında Ərdoğan və Cinpini avtokratik liderlər adlandırıb.

Xəbərin yayımlanmasından sonra Ədliyyə Nazirliyindən açıqlama gəlib. Qurumun mətbuat katibi Kerri Kupec Uilyam Barrın nüfuzundan sui-istifadə və liderlərlə uyğun olmayan görüşlərlə bağlı sözlər işlətmədiyini deyib.

Qeyd edək ki, daha əvvəl Donald Trampın Ukraynaya hərbi yardımları kəsəcəyi ilə bağlı kitabda yer alan iddialar “Nyu York Tayms” tərəfindən dərc olunmuşdu.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/303164.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR