Tramp Ərdoğana başsağlığı verdi

Tramp Ərdoğana başsağlığı verdi
12:57 28 Yanvar 2020
156 Dünya
Ölkə mətbuatı
A- A+

Trampla Ərdoğan arasında telefon danışığı olub.

Milli.Az bakupost-a istinadən xəbər verir ki, bu haqda Ağ Evin məlumatında bildirilib.

Qeyd edilib ki, Donald Tramp Ərdoğana Elazığ şəhərində baş vermiş zəlzələdə insan tələfatına görə başsağlığı verib.
Bundan əlavə liderlər Liviya və İdlibdəki vəziyyəti müzakirə ediblər.

Xatırladaq ki, yanvarın 24-də Türkiyənin Elazığ şəhərində 6,8 ballıq zəlzələ baş verib. Zəlzələ nəticəsində 1607 nəfər yaralanıb, 41 nəfər ölüb. 45 nəfər isə dağıntılar altından sağ çıxarılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/821330.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR