Elxan Məmmədov: "Hər bir üzv ayrı-ayrı sahəyə cavabdeh olacaq"

Elxan Məmmədov: "Hər bir üzv ayrı-ayrı sahəyə cavabdeh olacaq"
12:57 28 Yanvar 2020
53 Digər
Ölkə mətbuatı
A- A+

"Bu gün AFFA-nın rəhbər orqanlarına seçilənləri təbrik edirəm. İcraiyyə Komitəsinin iclasında administratif dəyişikliklər təsdiqləndi. Hər bir üzv ayrı-ayrı sahəyə cavabdeh olacaq".
"Report"un məlumatına görə, bunu AFFA-nın yeni icraçı vitse-prezidenti seçilən Elxan Məmmədov mətbuat konfransında deyib. O bildirib ki, İcraiyyə Komitəsinin iclasında Rauf Əliyev, Elşad Nəsirov və Vaqif Sadıqov vitse-prezident təyin olunublar.
E.Məmmədov baş katib vəzifəsinin də onun özünə həvalə olunduğunu açıqlayıb. Milli assosiasiya rəsmisi bölgələrdə yeni mini-futbol meydançalarının yeni "Futbol hər yerdə" layihəsi çərçivəsində qurulacağını bildirib. O, 50-dək belə meydançaların salınacağını və idman müəllimi ilə sıx əməkdaşlıq ediləcəyini vurğulayıb.
Milli komandanın baş məşqçisi ilə bağlı isə heç bir qərar qəbul olunmayıb. Vaqif Sadıqov bununla əlaqədar ortaq məxrəcə gələn bilmədiklərini söyləyib. O, namizədlər barədə müxtəlif fikirlərin səsləndirildiyini, özünün isə yerli mütəxəssisin təyinatına tərəfdar olduğunu vurğulayıb.
V.Sadıqov ona AFFA prezidenti Rövnəq Abdullayevin böyük etimad göstərdiyini açıqlayaraq, bunu doğrultmağa çalışacağını söyləyib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bu-gun-affa-nin-rehber-orqanlarina-secilenleri-tebrik-edirem

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR