“Çapar” tanınmanın 100 illiyinə özəl buraxılış həsr etdi

“Çapar” tanınmanın 100 illiyinə özəl buraxılış həsr etdi
14:18 28 Yanvar 2020
66 Digər
Ölkə mətbuatı
A- A+

“Çapar” tarix dərgisi Azərbaycan Cümhuriyyətinin Avropa dövlətləri tərəfindən tanınmasının (10 Yanvar, 1920) 100 illiyinə həsr edilən özəl buraxılışını çap edib. Jurnalın 2020-ci ildə çap olunan ilk sayında Əlimərdan bəy Topçubaşı başda olmaqla Parisə göndərilən nümayəndə heyətimizin üzvlərinin həyat və fəaliyyəti haqqında geniş yazılar dərc edilib.

Publika.az xəbər verir ki, jurnalın bu sayında Azərbaycanın görkəmli alimlərinin - Ramiz Abutalıbovun, Vilayət Quliyevin, Ədalətin Tahirzadənin, Ataxan Paşayevin, Əkbər Nəcəfin məqalələri yer alıb.

Qeyd edək ki, fevralın ayının 2-da saat 12:00-da “Gənclik Mall”da CinemaPlus-da jurnalın və “Çapar” nəşrlərinin yeni kitablarının geniş təqdimatı olacaq.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/maraqlitarix/303186.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR