İran Nüvə Silahlarının Yayılmaması Sazişindən çıxa bilər

İran Nüvə Silahlarının Yayılmaması Sazişindən çıxa bilər
14:32 28 Yanvar 2020
41 Digər
Ölkə mətbuatı
A- A+

İran parlamentində Nüvə Silahlarının Yayılmaması Sazişindən çıxmaq barədə təşəbbüs qaldırılıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, məsələnin nə vaxt səsə qoyulacağı hələlik məlum deyil.
İran hökuməti nüvə silah əldə etmək məqsədinin olmadığını dəfələrlə bildirib.
Ötən ilin may ayında İranın nüvə proqramına dair Müştərək Əhatəli Plandan (JCPOA) ABŞ birtərəfli qaydada çıxıb İrana qarşı sanksiyalar tətbiq edəndən sonra İran hökuməti həmin sənəddə təsbit olunmuş uranın zənginləşdirilməsi ilə bağlı öhdəliklərinə əməl etməyi dayandırıb.
Qərb KİV-nə görə İranın Nüvə Silahlarının Yayılmaması Sazişini tərk etməsi dünyada nüvə silahlarının məhdudlaşdırılması uğrunda mübarizəyə ciddi zərbə vura bilər.

Xəbərin orijinal ünvanı: https://report.az/region/i-ran-nuve-silahlarinin-yayilmamasi-sazisinden-cixa-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR