Alimlərin diqqəti ondadır… - Hər an partlaya bilər

Alimlərin diqqəti ondadır… - Hər an partlaya bilər
15:13 28 Yanvar 2020
69 Digər
Ölkə mətbuatı
A- A+

Ən parlaq ulduzlardan sayılan "Betelqeyz"in gözlənildiyindən daha tez partlayacağı iddia edilir.

Publika.az xəbər verir ki, astronomlar həyatları boyunca demək olar ki, bəlkə də bir dəfə müşahidə edəcəkləri hadisəni qaçırmamaq üçün gözlərini göy üzündən çəkmirlər.

İfratnəhəng ulduzun 8-10 milyon yaşı var. "Betelqeyz" ömrünün sonuna yaxınlaşır və ölçüləri getdikcə genişlənir. Onun diametri Günəşin diametrindən 550 və ya 990 dəfə böyükdür.

Qeyd edək ki, mütəxəssislər "Betelqeyz"in son 50 ildə çox zəiflədiyini bildirirlər. Eyni zamanda partlayış zamanı Aydan daha parlaq olacağını istisna etmirlər.

Tağı Həsənov


Xəbərin orijinal ünvanı: https://publika.az/news/maraqlidunyasi/303176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR