“Windows 10” sistemində smartfon üzərindən zənglər hamı üçün əlçatandır

“Windows 10” sistemində smartfon üzərindən zənglər hamı üçün əlçatandır
16:35 28 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

“Windows” sistemində reallaşdırılmış yeni funksiya kompüter üzərindən mobil zəng etməyə imkan verir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, artıq 1 ildən çoxdur ki “Windows 10” sistemi üçün “Your Phone” proqramı təqdim edilib. Bu proqram kompüterdə smartfondakı bildirişləri qəbul etməyə, mesajları oxumağa və qalereyaya baxmağa imkan verir. Yanvar yeniləməsində isə zəng funksiyası istifadəyə verilib.

 

İndi kompüter üzərindən zəngləri qəbul etmək, nömrə yığmaq, danışmaq mümkündür. Qeyd edək ki, zənglər smartfonda icra edilir, kompüterə isə səs translyasiya edilir. Əsas odur ki, həm smartfon, həm kompüter lokal “Wi-Fi” şəbəkəsində olsun.

 

“Your Phone” proqramının genişləndirilmiş funksiyalar dəsti yalnız “Android” sisteminin idarəetməsi altında işləyən smartfonlar üçün əlçatandır. Əksər funksiyalar, həmçinin zənglər “iPhone” smartfonunda işləmir, çünki “Apple” yalnız öz cihazları daxilində qurulmuş ekosistemə malikdir.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-65885-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR