20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı AŞPA-da tədbir keçirilib

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı AŞPA-da tədbir keçirilib
17:02 28 Yanvar 2020
32 Digər
Ölkə mətbuatı
A- A+

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində Azərbaycanın AŞPA-da nümayəndə heyətinin və Azərbaycanın Avropa Şurası yanında Daimi nümayəndəliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. 
“Report”un Fransa bürosu xəbər verir ki, tədbirdə AŞPA-da müxtəlif ölkələrin nümayəndə heyətlərinin üzvləri, Avropa Şurası yanında daimi nümayəndəliklərin əməkdaşları, fransalı yazıçı və jurnalistlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub. 
Sonra AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Azərbaycanın Avropa Şurası yanında Daimi nümayəndəliyinin rəhbəri Fəxrəddin İsmayılov, Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin üzvü Esmira Cəfərova və şərqşünaslıq üzrə tədqiqatçı Şirin Melikoff çıxış ediblər. 
Natiqlər 20 Yanvar hadisəsini Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu bildirib, həmin gün öz ölkəsinin, xalqının azadlığını hər şeydən uca tutan Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucaldığını tədbir iştirakçılarının nəzərinə çatdırıblar.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin qətiyyəti nəticəsində bu faciəyə hüquqi və siyasi qiymət verilib.




Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/20-yanvar-faciesinin-30-cu-ildonumu-ile-bagli-aspa-da-tedbir-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR