Çin koronavirusun profilaktikası üçün 635 milyon dollar ayırıb

Çin koronavirusun profilaktikası üçün 635 milyon dollar ayırıb
17:27 28 Yanvar 2020
50 Digər
Ölkə mətbuatı
A- A+

Çin hökuməti koronavirusun yayılmasının qarşısının alınması və onun nəzarət altına alınması üçün 634,9 milyon dollar ayırıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin məlumatında deyilir.
Eyni zamanda Hubey vilayəti üçün yardım 500 milyon yuan (təxminən, 72 milyon dollar) artırılıb.
Xatırladaq ki, daha əvvəl Çinin Maliyyə Nazirliyi və Dövlət Səhiyyə Komitəsi əsas tibbi səhiyyə xidmətlərini inkişaf etdirmək və yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq və onlara nəzarət etmək üçün bu il 60,3 milyard yuan (8,7 milyard dollar) ayırmışdı. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cin-koronavirusun-profilaktikasi-ucun-635-milyon-dollar-ayirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR